Yaap de Hoop Sxeffer | |
---|---|
nid. Jaap de Hoop Scheffer | |
5 yanvar 2004 – 1 avqust 2009 | |
Əvvəlki | Corc Robertson |
Sonrakı | Anders Foq Rasmussen |
22 iyul 2002 – 3 dekabr 2003 | |
Baş nazir | Yan-Peter Balkenende |
Əvvəlki | Yozias van Artsen |
Sonrakı | Ben Bot |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1948[1][2][…] (76 yaş) |
Doğum yeri | Amsterdam, Niderland |
Təhsili | Leyden Universiteti |
Fəaliyyəti | siyasətçi, diplomat, hüquqşünas, universitet müəllimi[d], vəkil |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | beynəlxalq münasibətlər |
Vikianbarda əlaqəli mediafayllar |
Yakob "Yaap" de Hoop Sxeffer (nid. Jakob Gijsbert "Jaap" de Hoop Scheffer; ⓘ; 3 aprel 1948[1][2][…], Amsterdam) — Niderland siyasətçisi, 2004–2009-cu illərdə NATO-nun baş katibi.
Sxeffer 1967-ci ildə Müqəddəs İqnati Layola adına katolik klassik gimnaziyasını bitirmiş, 1974-cü ildə isə Leyden Universitetinin hüquq fakültəsindən məzun olmuş və hüquq magistri dərəcəsini almışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən sonra 1976–1986-cı illərdə Niderland Xarici İşlər Nazirliyində çalışmış, ilk iki ili Niderlandın Qanadakı səfirliyində, 1980-ci ilədək isə Brüsseldə Niderlandın NATO-dakı nümayəndəliyində çalışmışdır.
1982-ci ildə Xristian Demokrat Çağırışı Partiyasına qoşulmuş və 1986-cı il parlament seçkilərində Niderland Nümayəndələr Palatasına üzv seçildi. 3 iyun 1986-cı ildən 23 may 2002-ci ilədək Niderland Nümayəndələr Palatasının üzvü kimi fəaliyyət göstərmişdir. 2002-ci il parlament seçkilərində qalib gələn Xristian Demokrat Çağırışı Partiyası, başda Yan-Peter Balkenende olmaqla, yeni hökumət qurmuş və 22 iyul 2002-ci ildən Sxeffer Balkenende kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur. Bu vəzifədə o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsində Niderland ordusunun iştirakına müsbət qərar verilməsində mühüm rol oynamışdı.
22 sentyabr 2003-cü ildə NATO-nun növbəti baş katibi seçildiyi üçün Sxeffer 3 dekabr 2003-cü ildə Niderland xarici işlər naziri vəzifəsindən istefa verdi. 5 yanvar 2004-cü ildə Sxeffer NATO baş katibi vəzifəsinin icrasına başladı. 2006-cı ilin dekabrında onun vəzifə müddətinin 2009-cu ilədək uzadılması qərara alındı və 1 avqust 2009-cu ildə o vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussenə təhvil verdi.
Sxeffer 21 iyul 2009-cu ildə infarkt keçirmiş və həkimlərin səyləri nəticəsində vəziyyəti normallaşmışdır.[3]